Kapital Bank irimiqyaslı bank olaraq, Azərbaycan Respublikası ərazisində özəl, korporativ və dövlət müştərilərinin tələblərinini ödəmək məqsədilə fəaliyyət göstərir və bu, öz əksini bank xidmətlərinin çeşidliyində, onların yüksək keyfiyyət dərəcəsində tapır. Bank real sektora sərmayə yatırmaq, regionların sosial-iqtisadi inkişafına dəstək vermək vasitəsilə milli iqtisadiyyatın yüksəlməsinə yardımçı olmaq vəzifəsini özünə şərəf bilir.
Bankın kredosu
Kapital Bank Azərbaycanın bank bazarında lider olmağa çalışır.
Kapital Bank korporativ idarəetmə, transparentlik, risklər üzərində nəzarət və informasiya açıqlığı prinsiplərinə söykənir.
Kapital Bank sosial yönümlü, sosial-iqtisadi inkişafa təkan verən bankdır.
Kapital Bank ölkədə ən geniş filial şəbəkəsinə malik olan bank kimi pərakəndə bank xidmətləri böyük potensial daşıyıcıdır.
Kapital Bank korporativ müştərilərin etibarlı tərəfdaşı olaraq, onların ehtiyaclarına qarşı diqqətli və həssasdır.
Kapital Bank beynəlxalq aləmdə müsbət imicə malik olan bank kimi aparıcı beynəlxalq maliyyə qurumları ilə əlaqələrini genişləndirir.
Kapital Bank universal bank olaraq, informasiya texnologiyalarının ən yeni nailiyyətlərdən istifadə edir.
Kapital Bank ümumi korporativ maraqlar ətrafında birləşmiş peşəkarlardan ibarət komandanı formalaşdırır.