05 Sentyabr 2010
aze   eng   rus
Bank haqqında
Fiziki şəxslər
Hüquqi şəxslər
Online ödəmələr
Müxbir Banklar
Maliyyə hesabatları
Xidmət şəbəkəsi
Xəbərlər arxivi
Sual-cavab
Əlaqə


Məzənnə            02.09.2010
Alış Satış
USD 0.8021     0.8057 
EUR 1.0230  1.0450
GBP 1.2356  1.2500 
RUR  0.0254     0.0268     



Məzənnə konvertoru
0




Bank haqqında - Bank tarixi

Kapital Bank Azərbaycanın ilk bankı Əmanət Bankın varisi olaraq 135 ildir ki, uğurlu fəaliyyət göstərir. İlk Əmanət Kassası Bakıda hələ 1874-cü ildə açılıb. Bizim bank ən geniş filial şəbəkəsinə və ən zəngin tarixə malik olan bankdır.

Birləşmiş Universal Səhmdar Bankı Azərbaycanın iri dövlət bankı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 “s” nömrəli sərəncamı ilə açıq tipli səhmdar cəmiyyəti formasında yaradılmışdır. BUSBank üç dövlət səhmdar-kommersiya bankının – Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət banklarının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində yaradılmışdır.

Bank əməliyyatlarının aparılması üçün verilmiş 244 saylı lisenziya Azərbaycan Respublikasının Milli Bank tərəfindən 28 fevral 2000-ci il tarixdə mərkəzi reyestrinə daxil edilmişdir. 29 dekabr 2004-cü il tarixdə Bank səhmdarlarının növbədən kənar iclasında (protokol ą5) BUS Bankın adının dəyişdirilməsinə dair müzakirələr olmuşdur. Qərar qəbul edilmişdir ki, Banka yeni - "Kapital Bank" adı verilsin. Nizamnamədə müvafiq dəyişikliklər Ədliyyə Nazirliyində 26 yanvar 2005-ci il tarixdə qeydə alınmışdır.

Hazırda Kapital Bankın nizamnamə kapitalında səhmdarların payı aşağıdaki kimidir: "Paşa Holdinq" - 97.5%, əmək kollektivi üzvləri və qanunvericiliklə onlara bərabər tutulan şəxslərin - 2.5%. Bankın nizamnamə kapitalı 24 mln AZN təşkil edir.

Bank 1997-ci il 16 iyul tarixdən SWIFT cəmiyyətinin, 31 oktyabr 2001-ci il tarixdən Bank MasterCard Europe, 2003-cü il 19 fevral VİSA İnternational beynəlxalq ödənişlər sisteminin həqiqi üzvü seçilmişdir. Kapital Bank Bank Fond Birjasının və Bakı Banklararası Valyuta Birjasının (BBVB) təsisçisi və səhmdarlarından biridir. Eləcə də Azərbaycan Banklar Assosiasiyasının üzvüdür. Bank 14 sentyabr 2000-ci il tarixdən Western Union sürətli pul köçürmələri üzrə əməliyyatlara başlamiş və tez bir zamanda respublikanın bu bazar sektorunda lider banka çevrilmişdir. Ukraynanın PrivatBankı ilə əməkdaşlığın nəticəsi olaraq 16 noyabr 2004-cü il tarixdən PrivatMoney sürətli pul köçürmələri əməliyyatları aparılmağa başlanmışdır. Hazırda Bank Migom, Contact, Blizko və digər sürətli pul köçürmələri sistemləri ilə əməkdaşlıq edir. Bu sistemlər xaricə əlverişli və sürətli pul köçürmələri vasitələridir. 2006 ildə Bank özünün respublika daxilində işləyən “Xəzri” adlı sistemini işə salmışdır. Bu sistem vasitəsilə aşağı tariflərlə respublikanın istənilən nöqtəsindən sürətli pul köçürmələri etmək mümkündür.

Kapital Bankın dünyanın bir sıra qabaqcıl bankları – Citibank N.A, American Express Bank, Commerzbank AG, HSBC Bank, KBC Bank və s. ilə müxbir hesabları mövcuddur.

Filialların sayına görə respublikada lider olan Kapital Bank filialların sayını 89 çatdırmışdır. Bununla yanaşı bankın 6 müstəqil və 50 şöbəsi fəaliyyət göstərir.

Universal olaraq, Bank həm fiziki, həm də korporativ müştərilərə xidmətlər göstərir. Sosial yönümlü olan Bank dövlət sosial proqramlarında iştirək edir. Bank hesablaşma-kassa  əməliyyatları, fiziki və hüquqi şəxslərdən depozitlərin qəbulu, kreditlərin verilməsi, konvertasiya, valyuta köçürmələri, sənədli akkreditivlərin açılması, pensiya və muavinatların ödənilməsi, sənədlərin və qiymətli əşyaların depozit seyfdə saxlanilması, lokal və beynəlxalq plastik kartların satışı və Bakı Fond Birjasında, Bakı Banklararası Valyuta Birjasında broker xidmətləri göstərir.

Banka beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlar verilmişdir. 2009-cu ilin iyun ayında Fitch Ratings agentliyi Kapital Bankın reytinqlərinin təsdiqləmiçdir. Belə ki, Fitch uzunmüddətli (RDE) "B+"  və reytinq proqnozunu “stabil” kimi müəyyənləşdirmişdir. Qısamüddətli reytinq isə Banka “B”, fərdi reytinq "D/E" və dəstək reytinqi “4” səviyyəsində verilmişdir.

2008-cı ilin iyul ayıda Moodys İnvestors Service Kapital Banka xarici valyutada olan depozitlərin  uzunmüddətli  reytinqi “B1”, manatla depozitlərin uzunmüddətli B1, qısamüddətli reytinq "NP" və maliyyə dəstəyi reytinqi  “E+” təyin etmişdir. Bütün reytinqlərə “stabil” proqnoz verilmişdir.

Böyük texnoloji inkişaf yolu ilə gedən Kapital Bank 2009-cu ildə özünün prosesinq sistemini işə salmışdır. Kapital Bankın prosesinq sistemi yeni bank məhsullarını hazırlamaq, daha çevik xidmət göstərmək imkanlarını yaradacaqdır.

«Kapital Bank» ASC-nin Müşahidə Şurasının 05.06.2009-cu il tarixli qərarına əsasən Məmmədov Elmar Məmməd oğlu Kapital Bank ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Bankın rəhbərliyi Bankı islahatlar yolu ilə apararaq, yerli maliyyə bazarında aparıcı yerlərdən birini tutmaq maqsədi ilə kollektivi səfərbər edir və Bankda struktur dəyişiklikləri aparır. Bankı strukturu ilə tanış olmaq istəyənlər müvafiq internet sayta daxil ola bilərlər.

Kapital Bank regionların sosial-iqtisadi inkişafı proqramında fəal iştirak edir və sosial mahiyyət kəsb edən layihələri maliyyələşdirir. Kapital Bank bu layihələri maliyyələşdirərək, yeni iş yerlərinin açılmasında iştirək edir və gələcəkdə də regionlarda iqtisadi proseslərdə fəal iştirək etmək niyyətindədir.